Azərbaycanlı məktəblidən maraqlı ideya - Telefonlar 3 saniyədə enerji yığacaq?

31 May 2018 20:25 (UTC+04:00)

AzNews.az ICTnews-a istinadən xəbər verir ki, yeni smartfon layihəsinin dünyada bənzəri yoxdur. Belə ki, ideyanın reallaşdırılması zamanı mobil qurğu 3 saniyə ərzində tam olaraq cərəyan toplayacaq.

Bununla əlaqədar Yüksək Texnologiyalar Parkı tərəfindən ona texniki və metodiki dəstək, ideyasının müəllif hüquqlarının qorunması, ideyanın patentləşdirilməsi, biznes-plana çevrilməsi və yaxın zamanlarda prototipin beta versiyasının hazırlanmasına dəstək göstərilir. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb.

Qeyd edək ki, Riyad 2004-cü ildə Bakıda anadan olub. Mühəndislik və texnika ilə maraqlanır. O, 12 yaşında telefon üçün enerji mənbəyini öyrənməyə çalışarkən mobil qurğu əlində partlayıb və bu hadisə onun texnikaya marağının daha da artmasına səbəb olub. Boş vaxtlarında layihələr hazırlamağa başlayan Riyad ideyalarını inkişaf etdirərək gələcəkdə öz biznesini qurmaq istəyir.