Çexiya lideri İlham Əliyevə məktub göndərdi

31 May 2018 21:22 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, təbrik mətnində deyilir:

"Zati-aliləri.

İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırım. Çox məmnunam ki, Azərbaycan Respublikası və Çex Respublikası arasında ikitərəfli əlaqələr dinamik şəkildə inkişaf edir.

Zati-aliləri, məsuliyyətli fəaliyyətinizdə Sizə uğurlar arzulayır, Azərbaycan xalqına tərəqqi və firavanlıq diləyirəm".