Gəncədə avtomobil qəzası - Piyada öldü

31 May 2018 21:51 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində baş verib. Hərəkətdə olan avtomobil yolu keçmək istəyən 20-24 yaşlarında olan Musa adlı gənci vurub. Yaralı xəstəxanaya aparılanda yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.