İngiltərədə sürücü maşını piyadaların üstünə sürdü

1 İyun 2018 09:11 (UTC+04:00)

APA-nın Ren TV-yə istinadən verdiyi xəbərə görə, insident Trafford yaşayış məntəqəsində baş verib.

Hadisə nəticəsində beş nəfər ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən sürücü hadisə yerindən qaçıb. Polis əməkdaşları hazırda əməliyyat-axtarış tədbirləri həyata keçirir. Əməliyyata helikopter cəlb edilib. Digər təfərrüatlar açıqlanmır.

AzNews.az