Qanunsuz yolla əldə edilmiş oduncaq dolu maşınlar saxlanıldı

1 İyun 2018 09:48 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, araşdırma zamanı avtomobillərin Qəbələ rayon sakinləri Gəncəli İsgəndorova və Anar Ağayevə məxsus olduğu məlum olub.

Saxlanılan avtomobillər Qəbələ rayon Polis Şöbəsinə təhvil verilib, təqsirkar şəxslər barəsində qanuna müvafiq tədbirlərin görülməsi məqsədilə toplanan sənədlər hüquq-mühafizə orqanına göndərilib.