Gürcüstan prezidenti kütləvi aksiyanın təşkilatçısı ilə görüşdü

1 İyun 2018 12:13 (UTC+04:00)

APA-nın Gürcüstan bürosunun məlumatına görə, dövlət başçısı ötən il qətlə yetirilmiş yeniyetmələrdən birinin atası Zaza Saralidze ilə parlamentin qarşısında qurulmuş çadırda görüşüb.

Dünən aksiya keçirilən zaman Z. Saralidze G. Marqvelaşvilini aksiyaya qoşulmağa çağırmışdı.

Parlament qarşısında etiraz aksiyası bu gün saat 16:00-da bərpa olunacaq. Aksiyaya digər şəhər və bölgələrdən də iştirakçıların qatılacağı gözlənilir.

AzNews.az