Litva tarixinin ən böyük hərbi təlimləri keçirilir

1 İyun 2018 12:50 (UTC+04:00)

Trend-in məlumatına görə, “Perkuno Griausmas” ("Əyləncəli gurultu") adı verilən təlimlərdə 9 minə yaxın hərbçi iştirak edir.

Məlumata görə, təlimlər iyun ayının 1-dən 15-dək keçiriləcək.

Bildirilir ki, təlimlərin yerli xarakter daşımasına baxmayaraq, bəzi əməliyyatlarda Litvadakı NATO qüvvələri də iştirak edəcək.

Qeyd olunur ki, təlimləri izləmək üçün Rusiya, Belarus, Finlandiya və İsveçdən nümayəndələr dəvət olunub.

AzNews.az