Qalmaqallı rejissoru 25 il həbs gözləyir

1 İyun 2018 12:58 (UTC+04:00)

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 66 yaşlı Xarvi bunun üçün 1 milyon dollar dəyərində girov qoyub və elektronik qolbağ vasitəsiylə nəzarətdə saxlanılır.

Prokuror Cyrus R. Vance açıqlamasında bildirib ki, rejissordan 80 xanım şikayətçidir. O, 1-ci və 3-cü dərəcəli təcavüzdə ittiham edilir.

Birinci dərəcəli zorlama 2004-cü ildə aktrisa Lucia Evansa qarşı edilib. Lucia rejissorun onu oral seksə məcbur etdiyini bildirib. “Miramax film” studiyanının yaradıcısı olan Vaynşteyn isə iddiaları qəbul etmir.

Xarvi günahkar hesab edilərsə, onu 5 ildən 25 ilədək həbs gözləyir.

AzNews.az