Salahı zədələyən Ramosu ölümlə hədələyirlər

1 İyun 2018 13:27 (UTC+04:00)

AZƏRTAC bu barədə Cope.es saytına istinadla xəbər verir.

Ramosla mübarizədə Məhəmməd Salahın çiyin oynağının bağları zədələnib və o, mayın 26-da Kiyevdə keçirilən final oyununun 31-ci dəqiqəsində meydanı tərk etməyə məcbur olub. Nəticədə İngiltərə klubu rəqibinə 1:3 hesabı ilə uduzub.

Ramosun həmin epizoddakı hərəkəti mətbuatda və sosial şəbəkələrdə qəzəb dalğası yaradıb. Qahirədə minə yaxın azarkeş İspaniya səfirliyinin qarşısında aksiya keçirib. Hadisədən sonra Ramos və ailəsi ölümlə təhdid edilməyə başlayıb və nəticədə futbolçu və yaxınları telefon nömrələrini dəyişməyə məcbur olub.

Salahi zədələdiyinə görə Ramosu cəzalandırması üçün FIFA və UEFA-ya tələbin yer aldığı petisiyanı gün ərzində 300 mindən çox insan imzalayıb. Həmçinin misirli vəkil Bassem Vahba ispaniyalı müdafiəçiyə qarşı 1 milyard avro həcmində iddia qaldırıb.

Mayın 30-da Misirin Futbol Assosiasiyası Salahın zədəsinin sağalması üçün təxminən üç həftə lazım gələcəyini və onun iyunun 14-də Rusiyada start götürəcək futbol üzrə dünya çempionatında oynaya biləcəyini bildirib. Misir yığması qrup mərhələsində ev sahibi Rusiya, həmçinin Uruqvay və Səudiyyə Ərəbistanı ilə qarşılaşacaq.

AzNews.az