İspaniyanın baş naziri istefa verdi, yeni baş nazir seçildi - Yenilənib

1 İyun 2018 14:00 (UTC+04:00)

“Report” “El Pais”ə istinadən xəbər verir ki, bu gün parlamentdə hökumət başçısı seçkisi keçirilib.

Sosialist Partiyasının sədri Pedro Sançes baş nazir seçilib. Parlamentin 350 deputatından 180-ni P.Sançesin lehinə səs verib.

***
13:51

İspaniyanın baş naziri Mariano Raxoy istefa verib.

“Report” “Haberler”ə istinadən bildirir ki, adı korrupsiya qalmaqalında hallanan hökumət başçısı istefa verdiyini açıqlayıb.

O, parlamentin etimadını qazana bilməyəcəyindən bu addımı atdığını söyləyib: “Çox güman ki, səsvermədə mənim baş nazir olaraq, qalmağıma ehtimad göstərilməyəcək. Bu isə Sosialist Partiyasının sədri Pedro Sançesin yeni baş nazir olacağı deməkdir. Ölkəmə xidmət etmək mənim üçün şərəfdir”.

Qeyd edək ki, İspaniyanın əsas müxalifət təşkilatı olan Sosialist Partiyası hakim Xalq Partiyasını korrupsiyada ittiham etmişdi.

AzNews.az