Çovdarov cəzaçəkmə müəssisəsinə köçürüldü

1 İyun 2018 14:45 (UTC+04:00)

"Report"un xəbərinə görə, həmin şəxslər saxlanıldıqları Bakı İstintaq Təcridxanasından 9 saylı Cəzaçəkmə Müəssisəsinə köçürülüblər.

A.Çovdarov və digərləri bundan sonra cəzasını həmin cəzaçəkmə müəssisəsinə çəkəcəklər.

Qeyd edək ki, A.Çovdarov və digərləri 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə Akif Çovdarov 12 il, Səlim Məmmədov 11 il, Akif Əliyev 5 il və Orxan Osmanov 4 il müddətinə azadlıqdan məhrum edilib. Onların 33 milyon manatlıq əmlaklarının əksəriyyəti müsadirə edilib və rütbələrinin alınması üçün təqdimat verilib.

Hökmdən narazı qalan məhkumlar və zərərçəkmiş şəxslərin bir qismi apellyasiya şikayəti verib. Bundan başqa, A.Çovdarovun ailə üzvləri - oğlu Ruslan Çovdarov, həyat yoldaşı İbadət Çovdarova, qızları - Günay Əmircanova və Aidə Qadımova da apellyasiya şikayəti ilə məhkəməyə müraciət ediblər.

Bakı Apellyasiya Məhkəməsi A.Çovdarov və digərlərinin apellyasiya şikayətini təmin etməyib.

AzNews.az