Çində televiziyada xəbərlər proqramını robotlar aparacaq

1 İyun 2018 14:54 (UTC+04:00)

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “Nanning” telekanalında iyunun 6-dan başlayaraq 29 kiloqram ağırlığında 1 metr 21 santimetr hündürlükdə olan “Çao Nıng Şiaoboy” - yəni “Super Balaca Bəyaz” adlı robotlar ekranlara çıxacaq. Robotların əsas üstünlüyü onların 12 saat ərzində fasiləsiz işləyə bilməsidir.

Çin hökuməti həmin robotların gələcəkdə bütün telekanallarda istifadə olunmasında maraqlıdır.

AzNews.az