Kür sahilində kişi meyiti tapıldı - Yenilənib

1 İyun 2018 17:25 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, meyiti tapılan şəxs 1958-ci il təvəllüdlü Davudov Əlizamin Kərəm oğludur.

Meyitin Kür sahilində göldən tapıldığı bildirilir.

***
14:57

Şirvan şəhərində, Kür çayının sahilində naməlum kişi meyiti tapılıb.

APA-nın yerli bürosunun xəbərinə görə, meyit tanınmaz haldadır. Faktla bağlı prokurorluqda araşdırma aparılır.

AzNews.az