Sumqayıtda torpaq uçqunu oldu - Ölən var

1 İyun 2018 15:12 (UTC+04:00)

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Sumqayıtda qazıntı işləri aparılan ərazidə baş verib.

Hadisə nəticəsində 3 nəfər dağıntı altında qalıb. Onlardan ikisini xilas etmək mümkün olsa da, 1 nəfər, 1986-cı il təvəllüdlü Abbasov Ramil Qabil oğlu torpaq altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az