Venesuela paytaxtında metro pulsuz oldu - Səbəbi isə...

1 İyun 2018 16:08 (UTC+04:00)

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, hökumət paytaxt metropolitenini 53 stansiyasının turniketlərini açmağa və sərnişinləri bilet olmadan buraxmağa məcbur edib.

Baş verənlər ölkəyə metro avadanlıqlarının istehsalı, o cümlədən biletlər hazırlanması üçün zəruri olan xammalın tədarükünün dayandırılması ilə bağlıdır.

Qeyd edək ki, Venesuela ağır iqtisadi böhran şəraitindədir və nəqliyyat sistemi də daxil olmaqla xərclərə qənaət etmək məcburiyyətində qalıb. Paytaxt Karakasda hər gün 2 milyondan çox insan metrodan istifadə edir.

AzNews.az