Türkiyədə 34 PKK-çı məhv edildi

1 İyun 2018 16:57 (UTC+04:00)

Trend-in məlumatına görə, genişmiqyaslı əməliyyat mayın 25-dən 31-dək davam edib.

Əməliyyatlar nəticəsində PKK terror təşkilatının 34 üzvünün məhv edildiyi bildirilir.

Qeyd olunur ki, zərərsizləşdirilən terrorçulardan biri xüsusi təhlükəli olub, Türkiyədə hərbi hissələrə hücumların və terror aktlarının təşkil olunmasında iştirak edib.

AzNews.az