Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyasız mümkün deyil? - Aİ komissarından açıqlama

1 İyun 2018 18:46 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Avropa İttifaqının büdcə və insan resursları üzrə komissarı Günter Ottinger ADA Universitetində tələbələrin suallarını cavablandırarkən deyib.



Komissar bildirib ki, bu münaqişə on illərdir davam edir: "Avropa Komissiyası münaqişənin həllinə birbaşa cəlb olunmayıb, lakin prosesləri analiz edir. Mən xanım Mogerini və Fransa tərəfi ilə mütəmadi təmasdayam. Lakin Rusiyasız münaqişənin həlli mümkün deyil. Rusiya ilə bizim münasibətlərimizin çox yaxşı olduğunu deyə bilmərəm. Ortada Krım, sanksiyalar kimi məsələlər var. Hesab edirəm ki, Rusiya konstruktiv məcraya qayıtmalıdır. Bu, bütün proseslərin həllində vacib rol oynaya bilər".