“TANAP Aİ-nin enerji təhlükəsizliyini təmin edəcək” - Gürcüstan lideri

1 İyun 2018 19:39 (UTC+04:00)

AzNews.az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı bildirib. G. Marqvelaşvili deyib ki, TANAP Aİ-nin Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə əlavə qaz tədarükçüsü olacaq. O, Gürcüstanın bu layihədə iştirakınının vacibliyini də vurğulayıb.

Telefon danışığı zamanı R. T. Ərdoğan Gürcüstan prezidentini iyunun 12-də keçiriləcək TANAP layihəsinin açılış mərasimində iştiraka dəvət edib.

Dövlət başçıları söhbət zamanı Gürcüstan və Türkiyə arasında münasibətlərin inkişafı perspektivlərini də nəzərdən keçiriblər.