Kürdəmirdə 55 yaşlı qadın döyüldü

1 İyun 2018 20:17 (UTC+04:00)

AzNews.az Repot-a istinadən xəbər verir ki, hadisə rayonun Qarasu kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1963-cü il təvəllüdlü Rəfiqə Məmmədşah qızı Teyyubova naməlum şəraitdə döyülüb. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.