Asiya İnkişaf Bankı "Cənub Qaz Dəhlizi"nin əhəmiyyəti barədə

1 İyun 2018 20:34 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə bankın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nariman Mannapbekov deyib.

O bildirib ki, AİB-in əsas vəzifələrindən biri enerji təhlükəsizliyinin təmin edilməsinə ehtiyacı olan ölkələr daxil olmaqla, üzvləri arasında regional əməkdaşlığa dəstək verməkdir:

"Cənub Qaz Dəhlizi" məhz bu vəzifələrə cavab verir. Hesab edirik ki, bu layihə dövlətlər üçün əlavə gəlir mənbəyi ola bilər, bu da sosial proqramların və iqtisadiyyatın şaxələndirilməsi üzrə yeni tədbirlərin həyata keçirilməsi üçün istifadə oluna bilər. Layihə başa çatandan sonra ən azı 1800 daimi iş yerinin açılacağı gözlənilir".

Qeyd edək ki, Asiya İnkişaf Bankı "Cənub Qaz Dəhlizi" QSC üçün 1 milyard dollar məbləğində vəsait ayrılmasını təsdiq edib.

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin birinci mərhələsinin rəsmi açılış mərasimi keçirilib.