Sakinlərin diqqətinə - Bu çimərliklərdə çimmək olmaz (Video)

2 İyun 2018 00:00 (UTC+04:00)

AzNews.az bu barədə Xəzərxəbər-ə istinadən xəbər verir.

Çimərlik mövsümünün açılmasına 2 həftə qalıb.

Bu məqsədlə mayın 20-dən dəniz sularında laborator müayinələrə start verilib. Bəzi çimərliklərdə zərərli maddələrin miqdarının normadan dəfələrlə çox olduğu müəyyənləşib. Monitorinqlərə ilk olaraq Şıx və Sahil çimərliyindən başlanılıb.

Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən Abşeron rayonunun kanalizasiya şəbəkəsi olmayan sahil boyu ərazilərində çirkli suların təmizlənməsi üçün qurğular quraşdırılıb. Bu qurğulara daxil olan sular təmizləndikdən sonrayenidən dənizə axıdılır.

Digər çimərliklərdə dəmonitorinqlər davam etdirilir. Dəniz mövsümü açılanadək işlər yekunlaşdırılacaq və nəticələr açıqlanacaq.

Mövzu ilə bağlı videomaterialı sizə təqdim edirik: