Ağ Ev ABŞ və Rusiya prezidentlərinin görüşünü planlaşdırır

2 İyun 2018 09:00 (UTC+04:00)

APA-nın məlumatına görə, bu barədə “Wall Street Journal” qəzeti Ağ Evdəki mənbələrə istinadən xəbər verib.

Məlumata əsasən, hazırda iki ölkə lideri arasında görüşün keçirilməsi imkanları ilə bağlı ilkin danışıqlar aparılır.

Bundan əvvəl V.Putinin köməkçisi Yuriy Uşakov bəyan edib ki, noyabrda baş tutacaq “G 20” ölkələrinin sammitinədək Putin-Tramp görüşünün keçirilməsi məsələsi gündəmə gətirilməyəcək.