Ağcabədidə mağaza yanıb

2 İyun 2018 09:28 (UTC+04:00)

FHN-dən verilən məlumata görə, rayonun Şənlik kəndində ümumi sahəsi 180 m2 olan tikilinin (mağaza kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 66 m2 sahədə yanıb. Məlumata görə, tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

AzNews.az