“Buenos-Ayres-2018”in rəsmi talismanı təqdim olunub - Foto

2 İyun 2018 10:24 (UTC+04:00)

"Azərtac" xəbər verir ki, Buenos-Ayresdə pişik ləpirlərinin izləri hələ rəsmi məlumatdan əvvəl əmələ gəlmişdi. “#Pandi”nin 2018-ci il Yeniyetmələrin III Olimpiya Oyunları ilə əlaqəsini yaquarın baş rolda olduğu qısametrajlı cizgi filmi açdı. Filmdə yaquar ildırım sürəti ilə bütün şəhərdə hərəkət edərək, Oyunların açılış mərasiminin keçiriləcəyi yerə - Obeliskə doğru hərəkət edir.

Yerli təşkilatçılar bəyan edirlər ki, onlar Yeniyetmələrin Olimpiya Oyunlarını #Pandi vasitəsilə gender bərabərliyinə ciddi şəkildə riayət olunacaq ilk oyunlara çevirmək niyyətindədirlər. Onların məqsədi bu Oyunları bəşəriyyət tarixində əlamətdar etməklə, daha yaxşı dünyanın başlanğıcını qoymaqdır.

“Buenos-Ayres-2018” təşkilat komitəsinin prezidenti Herardo Verthayn bildirib: “Gənc atletlər Oyunlara bütün güclərini sərf edirlər və olimpiya ruhu saçan #Pandi idmançıları nailiyyətlərə ilhamlandırmaqdan ötrü yaradılıb”.

2018-ci il Yeniyetmələrin III Olimpiya Oyunlarının talismanı – hadisələrlə assosiasiya olunan simvoldur və Olimpiya Oyunlarının əsas dəyərlərinin – auditoriya arasında, xüsusən də gənc fanatlar və idmançılar arasında dostluğun, hörmətin və uğurun mənbəyidir.

Şimali Argentinada yaşayan yaquar nəsli kəsilmək təhlükəsindədir. “Buenos-Ayres-2018”in təşkilat komitəsi ümid edir ki, bu yırtıcının talisman qismində seçilməsi yaquar nəslinin kəsilməsinin mümkünlüyü barədə insanlarda narahatlığı artacaq.