“Teleqüllə” sürüşmə sahəsində son vəziyyət açıqlanıb

2 İyun 2018 10:38 (UTC+04:00)

Bunu Apa-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov deyib. O bildirib ki, təbii və texnogen amillərin təsirindən Zığda sürüşmə prosesinin dinamikasında nisbi aktivlik baş verib.

Ə. Qaralov qeyd edib ki, Abşeron rayonu - Masazır qəsəbəsində “Zəli gölü” adlanan ərazidə və Nübar qəsəbəsi sürüşmə sahəsində təbii və texnogen amillərin təsirindən sürüşmə-çökmə prosesi aktivləşib.