Bayram günlərində hava necə olacaq?

19 Mart 2013 11:23 (UTC+04:00)


Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, martın 20-21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi martın 21-də gündüz şimal-şər küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə saatlarında 4-8 dərəcə, günorta saatlarında isə 12-17 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 20-21-də əsasın yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman qeydə alınacaq, mülayim qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 3-8 dərəcə isti, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 30-8 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti təşkil edəcək.

AzNews.az