Nazirlik iməcilik keçirib

2 İyun 2018 12:11 (UTC+04:00)

ETSN-nin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iməcilik zamanı 50 hektar sahədə abadlıq işləri aparılaraq yaşıllıqlara aqrotexniki qulluq göstərilib, ağacların dibi yumşaldılıb, ərazi alaq otlarından təmizlənib.

Qeyd olunub ki, “5 iyun - Ümumdünya ətraf mühitin mühafizəsi günü” ilə əlaqədar regionlarda da iməciliklər təşkil olunaraq yaşıllıqlara qulluq edilib, təmizlik işləri aparılıb.