Kütləvi qırğın silahlarından ən yaxşı mühafizə taqımı adı uğrunda yarış keçirilir - Foto

2 İyun 2018 12:16 (UTC+04:00)

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yarışda taqımların şəxsi heyətinin kütləvi qırğın silahlarından mühafizə texnikası, ştat cihaz, xüsusi texniki vasitə və qurğuları işə hazırlaması, eləcə də hərbi kimyaçıların müəyyən edilmiş normativləri yerinə yetirməsi bacarıqları yoxlanılır.

Nəticələrə əsasən, heyətlərin kütləvi qırğın silahlarından mühafizə, xüsusi və taktiki-xüsusi hazırlıqlarına uyğun olaraq ən yaxşı taqım müəyyən ediləcək.