Kabildə partlayış - Hədəf arxeoloqlar olub

2 İyun 2018 12:47 (UTC+04:00)

Trend-in məlumatına görə, partlayış nəticəsində bir arxeoloq həlak olub, daha 3 nəfər yaralanıb.

Qeyd olunur ki, arxeoloqlar qazıntı işləri üçün Loqar əyalətinə gedirmiş. Partlayış yol kənarındakı minanın işə düşməsi nəticəsində baş verib.

Hadisə ilə əlaqədar məsuliyyəti üzərinə götürən olmayıb.