Türkiyə və ABŞ qərargah rəisləri arasında telefon danışığı olub

2 İyun 2018 13:02 (UTC+04:00)

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələri Baş Qərargahının sözçüsü polkovnik Patrik Rayder bildirib.

“İki komandan İŞİD-in məğlubiyyəti də daxil omaqla Suriya məsələsi ilə bağlı davam edən müzakirələrdən danışıblar”, - deyə, sözçü vurğulayıb.

O, bildirib ki, Türkiyə ilə ABŞ NATO-nun açar üzvləridir: “İki ölkə arasında hərbi əlaqələr güclüdür”.

Qeyd edək ki, iyunun 4-də Vaşinqtonda ABŞ-Türkiyə əlaqələrinə dair danışıqlar olacaq.