Gürcüstanda daş kömür şaxtasında 2 fəhlə öldü

2 İyun 2018 15:23 (UTC+04:00)

“Report” “Sputnik”ə istinadən xəbər verir ki, ölənlərin meyitləri şaxtadan çıxarılaraq ekspertizaya göndərilib.

“Dağ mədən, tikinti və başqa işlər zamanı təhlükəsizlik qaydalarının pozulması” maddəsi üzrə cinayət işi başlanıb. Bu maddəyə görə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Gürcüstan Həmkarlar Birliyinin məlumatına əsasən, 2018-ci ilin birinci rübündə ölkə üzrə iş yerlərində baş vermiş bədbəxt hadisələr nəticəsində 18 nəfər ölüb. Son bir ildə şaxtalarada isə 13 fəhlə həyatını itirib.

Bu ilin aprelində Tkibuli şəhərində Mindeli adına şaxtada baş vermiş uçqun nəticəsində 6 fəhlə ölmüşdü.

AzNews.az