24 saata bütün ailə üzvlərini itirdi - Faciə

19 Mart 2013 11:40 (UTC+04:00)


İtgilərin üçü də eyni hadisə ilə bağlı olub. Belə ki, 79 yaşlı Karl Denis xəstə qızı Kerilinin öldüyünü eşitdikdən və oğlu Nigelin cəsədinin evində tapılmasından bir gün sonra vəfat edib. Denisin həyat yoldaşı 24 saat ərzində üç nəfər yaxınını itirərək böyük acı yaşayıb.

Qeyd edək ki, qadının bu acısı Bridcenddəki evini ziyarət edərkən qızının qəflətən xəstələnib ölməsi ilə başlayıb. Ciddi bir rahatsızlığı olmayan qızının xəstəxanaya aparılmasını öyrənəndə şok olduğunu bildirən Hilari Denis, qızının ölüm xəbərini vermək üçün oğlu Nigelə zəng edib. Amma oğlu ilə əlaqə saxlaya bilməyib. Bundan bir neçə saat sonra, oğlunun evdə cəsədinin tapıldığı xəbəri ilə məyus olan qadın 2 övladını itirməyinin acısı ilə yanaşı, həyat yoldaşının ölümü ilə üçüncü şoku yaşayıb. Həyat yoldaşı ilə 60 illik evli olduqlarını bildirən qadın, yaşadıqlarının çətin olduğunu bildirsə də, bunların onu məhv etməsinə icazə verməyəcəyini söyləyib.

Xəyalə Məmmədova
AzNews.az