Ded Xasanın qatili tutuldu?

2 İyun 2018 15:47 (UTC+04:00)

AzNews.az xəbər verir ki, o, Rövşən Lənkəranskinin tərəfdarı olub və uzun müddət onun "sağ əli" hesab olunub.

Moskvada FSB zabitləri 2013-cü ildə Dad Xasanı vuran qatili saxladılar. Bəli, Aslan Usoyanın qatili tutuldu və polisə təhvil verildi. Çox uzun zamandır ki, belə səs-küylü həbs olmamışdı.

Ded Xasan Moskvanın mərkəzindəki bir restoranın yaxınlığında snayper tüfəngindən açılan atəşlə öldürülmüşdü. Qatili tutmaq mümkün olmadı və o, 5 ildən artıqdır ki, sərbəst qalmışdı.

Bəzi media orqanları Aslan Usoyanın qatilinin saxlanılması haqqında məlumatı təkzib edib. Onlar bildirirlər ki, Ded Xasanın yaxın adamı İlqar Əliyevi öldürən killer tutulub. Qətl 2012-ci ilin aprelində baş verib