"Report" xəbər verir ki, bu barədə ittifaqın statistika qurumu - "Avrostat" məlumat yayıb.
Məlumata görə, Aİ-nın üzvləri arasında ən yüksək işsizlik səviyyəsi Yunanıstanda (20,8%) və İspaniyada (15,9%) qeydə alınıb. Bu nisbət Çexiyada 2,2%, Maltada 3%, Almaniyada isə 3,4% təşkil edir. Adı çəkilən ölkələr məşğulluq səviyyəsinə görə, Aİ-da ilk 3-lükdədir.
Son 1 ildə İtaliya və Estoniya istisna olmaqla bütün ittifaq ölkələrində işsizlik səviyyəsi azalıb. Ən çox azalma Kirpdə (11,8%-dən 8,6%-ə), Xorvatiyada (11,5% dən 9,1%-ə) və Portuqaliyada (9,5% dən 7,4%-ə) baş verib.
AzNews.az