Saxta əsginaslar satan şəxslər saxlanılıb

19 Mart 2013 11:56 (UTC+04:00)


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində, Müşfiqabad qəsəbə sakinləri İlham Hüseynov, Elnur Rəsulov, Rüstəm Cəfərov 25 ədəd 100, 17 ədəd 50, 21 ədəd 20, 8 ədəd 10 və 10 ədəd 5 manatlıq saxta əsginasları (3900) 1150 manata satarkən tutulublar. İ. Hüseynovun üzərinə baxış zamanı əlavə 2 ədəd 100, 3 ədəd 50, 6 ədəd 20 və 3 ədəd 10 manatlıq, habelə "Mercedes" markalı avtomaşınında 186 ədəd 100, 7 ədəd 50, 8 ədəd 20 və 1 ədəd 5 manatlıq saxta əsginaslar aşkar edilərək götürülüb. R. Cəfərovun evinə baxış zamanı 1 ədəd rəngli printer, 1 ədəd noutbuk, 1 ədəd kağızkəsən alət, müxtəlif nominallarda olan natamam əsginaslar və rənglər aşkar edilərək götürülüb.


AzNews.az