Aparıcılar arasında dava düşdü

2 İyun 2018 19:16 (UTC+04:00)

AzNews.az-ın Axşam.az-a istinadən məlumatına görə, onların davasının bəzi məqamları efirə getsə də, bir çox kadrlar nümayiş olunmayıb.

Reklam fasiləsi zamanı Aytənlə Mətanət arasında dava daha da qızışıb. Hətta Mətanət əlində olan stəkandakı suyu Aytənin üzünə çırpıb. Aytən isə nə edəcəyini bilməyib və Mətanətə sadəcə “Ayıb olsun” söyləyib.

Şou başlayandan maşın ətrafında yanyana dayanan Aytənlə Mətanətə yaradıcı heyət müdaxilə edib. Mətanətin yerini dəyişdirərək Aytəndən aralı yerdə dayanmasını istəyiblər.

Proqramın aparıcısı Murad Dadaşov həmin kadrları sildirib və efirə verilməsini istəməyib.