AZƏRTAC xəbər verir ki, futbolçu şəhər gəzintisindən xoş təəssürat aldığını və burada özünü vətənindəki kimi hiss etdiyini deyib. O, dünya çempionatının yüksək səviyyədə keçiriləcəyinə ümidvar olduğunu əlavə edib.
Braziliyalı futbolçu çempionatda Rusiya yığmasının qələbə şansı ilə bağlı deyib: “Həqiqətən, mən hesab edirəm ki, Rusiya yığma komandasının dünya çempionatında qalib gəlmək üçün yaxşı şansı var. Komanda üçün vacib olan azarkeşlərin dəstəyi də buna imkan yaradır. Rusiya ilə Braziliya arasında final matçını gözləyirəm”.
Futbol üzrə XXI dünya çempionatı iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.
AzNews.az