Türk ordusu İraqın daxilinə doğru 26 kilometr irəlilədi

2 İyun 2018 20:09 (UTC+04:00)

“Report” xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Süleyman Soyluya istinadən "Anadolu" məlumat yayıb.

"Əsgərlərimiz Şimali İraqda 26-27 kilometr irəliləyib. Qandilə (İraqda şəhər – red.) az qalıb, biz bu xain quruluşu boş buraxmayacağıq", — deyə agentlik Soylunun sözlərini sitat gətirib.

İraqın şimalında yerləşən Qandil şəhərində PKK terror təşkilatının bazası yerləşir.

AzNews.az