185 km/s sürətlə qəzaya uğradı və sağ qaldı - Video

2 İyun 2018 22:03 (UTC+04:00)

Oxu.Az xəbər verir ki, dostları ilə birgə motosiklet yürüşünə çıxmış gənc magistral yolda hərəkət edir.

Müəyyən məqamda o, idarəetməni itirir və 185 km/s saat sürətlə hərəkət edən motosikletdən yıxılır və qəza yerindən 50-60 metrədək məsafədə asfaltın üzərində sürünür.

Lakin xoşbəxtlikdən əynində yalnız gödəkcə, şortlar və yüngül ayaqqabı, başında isə dəbilqə olan motosikletçi sıyrıqlar şəklində yüngül bədən xəsarətləri alıb.

Maraqlısı isə odur ki, belə qəzadan möcüzəli şəkildə sağ qalan motosikletçi dostlarından bir neçə yüz metr məsafəyə sürüşmüş motosikletini gətirməyi xahiş edir.

AzNews.az