Oxu.Az xəbər verir ki, bu haqda Ren.TV məlumat yayıb.
“Özünü cinayətkar kimi aparırdı, xalis quldur idi....biznesmenlərlə iş aparan zaman özünü “bəy balası” kimi aparırdı”, -deyə Belarus lideri bildirib.
Lukaşenkonun sözlərinə görə, hələ il yarım əvvəl Rovneykonun gəlirləri haqqında bəyannaməsi onda müəyyən şübhələr doğurub.
“Ona sual verdim, bu qədər cah-cəlal səndə hardan? Onlarla avtomobil, onlarla mənzil. Adi məmur və onun ailəsinin belə yaşaması düzgün deyil.”, -deyə Lukaşenko vurğulayıb.
Prezidentin sözlərinə görə, Rovneyko Qrodnensk vilayətində tütün satıcılarından külli miqdarda rüşvət toplayıb.
AzNews.az