Avstriya - Almaniya oyunu güclü yağış səbəbindən gec başladı

2 İyun 2018 22:51 (UTC+04:00)

Komandalar yağan güclü yağış səbəbindən Bakı vaxtı ilə 20:00-da Klaqenfurt şəhərində keçirilməli olan oyuna başlaya bilməyiblər.

“Report” xəbər verir ki, bu barədə Almaniya yığmasının mətbuat xidməti məlumat yayıb.

Matçın başlama vaxtı əvvəlcə 20:45-ə, ardınca isə 20:40-a keçirilib.

Almaniya yığması Dünya çempionatı-2018-ə hazırlıqlarını davam etdirir. Komanda "F" qrupunda Meksika, İsveç və Cənubi Koreya ilə mübarizə aparacaq.

AzNews.az