Bakının subasma sahələrində gərginlik - Nazirlikdən açıqlama

3 İyun 2018 10:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Ə.Qaralovun sözlərinə görə, Binəqədi rayonunda 1-ci mədən yaşayış sahəsində, Məlikaslanov küçəsi və ətraf ərazilərdə subasma prosesinin dinamikasında stabil gərginik müşahidə edilir.

Mütəxəssis bildirib ki, Sabunçu rayonunda Maştağa-Zabrat subasma sahəsində, Şuşa şəhərciyi, daş karxanası yaşayış massivində, Zabrat-Məhəmmədi, Savalan subasma sahəsində, Xəzər rayonu Qala qəsəbəsində subasma sahəsində stabil gərginlik var.