Almaniya-Avstriya oyununda sensasiya - Foto + Video

3 İyun 2018 11:11 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Dünya çempionatına hazırlaşan komandalar yoldaşlıq matçlarında güclərini sınayırlar.

Bir sıra maraqlı oyunlar keçirilib. Almaniya-Avstriya matçında isə sensasiya qeydə alınıb.

Belə ki, qarşılaşma Avstriya millisinin 2:1 hesablı qalibiyyəti ilə başa çatıb.

Bu, avstriyalılar üçün Almaniya ilə qarşılaşmalarda 32 il ərzində ilk qələbə olub. Avstriya yığması sonuncu dəfə 1986-cı ildə Almaniyanı 4:1 hesabı ilə məğlub edib. Həmin vaxtdan bu yana komandalar 10 dəfə qarşılaşıblar və yalnız bir dəfə avstriyalılar heç-heçəyə nail olublar. Qalan bütün görüşlər almanların qələbəsi ilə yekunlaşıb.

Avstriyanın hazırkı qələbə seriyası 7 oyuna çatıb. Komanda ötən ilin sentyabrın 5-dən məğlubiyyət bilmir. Lakin bununla belə o, Dünya çempionatı- 2018-ə düşə bilməyib.