Meksikada avtobus qəzaya uğradı - 11 ölü var

3 İyun 2018 11:37 (UTC+04:00)

İlkin məlumata görə, Mexiko ştatında avtobus yük maşını ilə toqquşub. Qəzaya səbəb yük maşının əyləcində yaranmış nasazlıq olub. Toqquşduqdan sonra hər iki avtomobil dərəyə aşıb. Yük maşınının avtobusun üstünə düşdüyü bildirilir.

Ölənlərin sayının artacağı istisna edilmir.

AzNews.az