Abşeronda xalası oğlunu 50 manata görə bıçaqlayan şəxs ələ keçdi

3 İyun 2018 16:48 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, 50 manat pul üstündə xalası oğluna qarşı cinayət törədən İlham Qədirov tutularaq Abşeron Polis İdarəsinə gətirilib.

Əvvəllər məhkumluq həyatı yaşayan İlham Qədirov cinayəti Müşviq qəsəbəsində törətdiyini etiraf edib. O, xalası oğlunun yaşadığı evə gəlib və 3 gün əvvəl borc kimi verdiyi 50 manat pulu tələb edib. Onlar məsələni yeyib-içdikdən sonra həll etmək qərarına gəliblər. İ. Qədirov içki məclisi zamanı Xəyyam Babayevi bıçaqlayaraq hadisə yerində qaçıb.

Hazırda saxlanılan şəxs barəsində zəruri istintaq tədbirləri davam etdirilir.