Bu dövlətdə Mədəniyyət Nazirliyi yaradıldı - İlk dəfə

3 İyun 2018 17:23 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, kral Salman bin Əbdül Əziz Əl Səud Mədəniyyət və İnformasiya Nazirliyinin fəaliyyətinin dayandırılması və iki müstəqil nazirliyin yaradılması barədə fərman imzalayıb.

İlk mədəniyyət naziri isə Səudiyyə kralı şahzadə Bədra bin Abdal bin Fərhan Əl Səudu təyin olunub. Bu şəxs varis şahzadə Məhəmməd bin Salmanın tərəfdarlarından biridir. Onlar hər ikisi eyni universiteti bitiriblər. O, bu vaxta qədər Kral ailəsinə məxsus olan Əl-Ul komissiyasına rəhbərlik edib.

O, dövlətin 2030-cu il dəyişiklik planına uyğun olan strategiyanı bir qədər də inkişaf etdirmişdir.