"Dərnəgül" metrosu yaxınlığındakı yanğın söndürüldü - Yenilənib (Foto + Video)

3 İyun 2018 20:20 (UTC+04:00)

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, ilkin məlumata görə, təxminən 500 m2 ərazidə işlənmiş avtomobil şinləri yanıb.

Əlavə məlumat veriləcək.

***

18:14

Bakı şəhəri, Binəqədi rayonunda zavod ərazisində təkər tullantıları yanır.

AzNews.az FHN-in rəsmi saytına istinadən xəbər verir ki, hazırda FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

18:03

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda, Azadlıq prospektində, "Dərnəgül" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Əraziyə yanğınsöndürənlər cəlb edilib.