Ən böyük aeroportlardan biri fəaliyyətini dayandırdı

3 İyun 2018 19:37 (UTC+04:00)

“Hava limanı uçuşları bu günlük dayandırmaq məcburiyyətindədir. Baş vermiş nasazlığı aradan qaldırmaq mümkün olmadı. Təhlükəsiz fəaliyyət üçün hava limanına alternativ enerji mənbəyi lazımdır”, - aeroportun rəsmi Twitter səhifəsində yazılır.

“Hava limanına gələn yollar polis qüvvələri tərəfindən bağlanılıb”, - aeroportun mətbuat xidməti xəbər verir.

Qeyd edək ki, Hamburg hava limanı gün ərzində 17 milyon sərnişinə xidmət göstərir. Bu göstəriciyə görə Almaniya hava limanları arasında ilk beşliyə daxildir.

AzNews.az