AzNews.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, yanğının elektrik dirəyindəki naqildə qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur.
Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.
Hadisə yerinə dərhal ETSN və FHN-in əməkdaşları cəlb olunub və saat 19-00-da söndürülüb. Yanğın 3 hektar ərazini əhatə edib, quru ot örtüyü yanıb.