Xəzərdə zəlzələ olub

19 Mart 2013 12:36 (UTC+04:00)




Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, saat 00:30:02-də Xəzər dənizində, Qobudan 203 km cənub-şərqdə zəlzələ qeydə alınıb.
Zəlzələnin maqnitudası 3 olub. Yeraltı təkanlar hiss olunmayıb.

AzNews.az